10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Səbail"in məşqçisinə və futbolçularına cəza

AFFA İntizam Komitəsi Azərbaycan 1-ci liqasının 27-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, MOİK - “Difai” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 210 manat cərimələnib.

“Zaqatala” - “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.

“Mingəçevir” - “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 210 manat cərimə ödəyəcək.

Görüşün 77-ci dəqiqəsində “Səbail”in 15 nömrəli futbolçusu Fəxri Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. Onun klubu isə “Səbail” komandası 900 manat cərimə edilib.

Oyunun 84-cü dəqiqəsində “Səbail”in 27 nömrəli futbolçusu Lətif Rzayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəza alıb. “Səbail” 150 manat cərimələnib.

Matçın 86-cı dəqiqəsində “Səbail”in məşqçisi İlyas Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Bakı klubu isə 750 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31