23 Aprel 2026, Cümə axşamı
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi
UFC 2028-ci ilə kimi Azərbaycanda

Ölkə futbolu

Benzia da haqsızlığa dözmədi: “Hakim biabırçıdır”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Sabah"la "Qarabağ" arasında keçirilən cavab matçının hakimliyi böyük müzakirələrə səbəb olub.

Futbolxeber.az saytının məlumatına görə, oyunda ən mübahisəli məqam isə görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın son saniyələrində "Sabah"ın futbolçusunun cərimə meydançası daxilində topa əllə toxunuşundan sonra penalti qərarını verməməsi olub.

Hakimin idarəçiliyinə "Qarabağ"ın sabiq legioneri Yassin Benzia da münasibət bildirib. Hazırda Səudiyyə Ərəbistanın "Əl-Feyha" klubunda çıxış edən əlcəzairli yarımmüdafiəçi rəsmi instaqram hesabında etdiyi paylaşımda hakimliyi biabırçılıq adlandırıb.

O, fikirlərinə kloun smayliki də əlavə edib:

"Hakim biabırçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".

Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçə edən komandaların cavab matçı "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30