8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Fabian Buntiç: “Hamı gördü ki, top ələ dəymişdi, təmiz penalti idi”

“Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı keçirilən cavab oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Matça yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, rəqib güclüdür və belədə 10 nəfərlə mübarizə aparmaq çətin idi. Buna baxmayaraq, komanda əlindən gələni etdi. Yaxşı mübarizə apardıq. Hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik.

- Lazımi nəticəni qorumağınıza nə mane oldu?

- Əlbəttə, rəqib böyük qüvvə ilə irəli atılmışdı. Ümumilikdə pis müdafiə olunmurduq. Sadəcə rəqibin vurduğu ilk qol bir qədər uğursuz oldu.

- Penalti epizodu barədə fikirləriniz necədir?

- Burda ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi.

- Mateuş Koxalski qırmızı vərəqə aldıqdan sonra meydana çıxdınız. Ümumiyyətlə, bu dəyişikliyə hazır idiniz?

- Belə halla heç kim istəməz üzləşsin. Azlıqda qalmağımız heç də xoş deyildi. Amma mən hazır idim. Ümumiyyətlə, həmişə hazır olmalısan. Bəzən belə gözlənilməz hadisələr yaşanır.

- Meydanda oyun təcrübənizin azlığı özünü göstərirdi?

- Desəm ki, hər şey ideal idi, yalan olar. Özümü narahat hiss etmirdim. Sadəcə nə qədər əlindən gələni etsən, praktikanın azlığı müəyyən anlarda çətinliklər yaradır.

- Matçdan sonra baş verənlər...

- Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30