24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Yunis Hüseynov: "Finala layiq komanda biz idik"

"Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Tovuz təmsilçisinin məşqçisi Yunis Hüseynov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər komanda istəyir ki, kubokda finala çıxsın. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda da haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. "Zirə"yə uğurlar arzulayıram.

- Komandanın daha çox hücum edəcəyini gözləmək olardı. Amma hücumda çox da effektiv ola bilmədiz. "Zirə" çox yaxşı müdafiə olundu, yoxsa ilk oyundakı qərarlara görə futbolçularda psixoloji gərginlik var idi?

- Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. "Zirə" ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. "Zirə" bu gün yalnız müdafiədə oynayırdı.

- Bu gün hakim idarəçiliyindən razı qaldınız?

- Narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.

- Əsas hədəf kubok idi. Bunu qazana bilmədiniz. Bundan sonrakı hədəf ikincilik olacaq?

- Hər komanda çempionatda kuboku qazanmaq istəmirsə, demək, o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik. İkinciliyi fikirləşmirik. Qalib gəlsək, yaxşı yerləri tutarıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31