25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

AFFA 6 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının bəzi klubları ilə bağlı qərarlar verilib.

Premyer Liqanın 28-ci tutunun “Araz-Naxçıvan” - “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” 5000 manat cərimə edilib.

“Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimələnib.

“Karvan-Yevlax” - “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə “Karvan-Yevlax” 1000 manat cərimə edilib.

“Qarabağ” - “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimə edilib.

Oyunda “Sabah” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib.

“Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra “Sabah” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” 5000 manat cərimə edilib.

“Kəpəz” - “İmişli” oyununda meydan sahibi komandadan 4 nəfər sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31