21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

"Turan Tovuz"da iki yubiley

Turan Tovuz” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, klub tarixinə iki yubileylə düşüb.

Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib.

Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/23 mövsümünə təsadüf edib. “Turan Tovuz” 2022-ci il avqustun 13-də “Səbail”in meydanından 3 xalla dönüb - 1:0.

“Araz-Naxçıvan”la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinən “Turan Tovuz” səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə 2023-cü il mayın 5-də “Neftçi” ilə ev matçında qazanılıb - 4:0.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31