Ölkə futbolu
Qurban Qurbanov: “Mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var”
"Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalııq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. "Sabah" və bizə uğurlar arzulayıram".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunun "Sabah"la (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını da cavablandırıb:
- Bəzi futbolçularda meydanda sürüşürdü, Kadi, Zubir, Kevin Medina. Bu, nə ilə bağlı idi?
- Onlara deməmişdim sürüşəsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır.
- Elvin, Abbas, Sami - bu futbolçular ikinci komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiniz. Bu qədər yüklənmənin fonunda bezdiyiniz, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiniz?
- Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Səbəb olaraq demək istəmirəm. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata toparlana bilmədilər, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyil. Bu, bizə mane olan tərəflərdən biridir. İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırılar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunumuzu qoruyub saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var. Normal haldır. Dünya təcrübəsində də var. Bir məşqçi olaraq, önə pozitiv baxmalıyıq. Çatışmazlıqları aradan qaldırmalıyıq.
- Elvin Cəfərquliyevi bağışlamaq olar?
- Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq.
- Elvin Cəfərquliyev demişdi ki, düzəlməsən, səni komandadan göndərəcəm. İndi də əvəzedici heyətə göndərəcəksiniz. Onun problemi nədir? Nəyə görə bu dəfə belə qərar verdiniz?
- Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olmağı, filan... İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağırsın-bu çağırsın... ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bugünkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli...
- Sami Mmae "Dinamo"ya geri qayıdıb?
- Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur.
- "Qarabağ"ın "Sabah"la kubok oyunundan nə gözləyirsiniz?
- Hansısa dəyişikliklər böyük ehtimalla, olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq.
- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən də sosial şəbəkələrdə...
- Hansısa etirazı eşitmədim. Əksinə, 89-90-cı dəqiqələri azarkeşlərin hamısı... Sosial şəbəkələrdə kimlər yazır bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn və gəlməyən də var. Daim bizim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər. Onların baxış bucağı fərqlidir. Onlar bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa da, bu da normaldır. Hansısa fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünkülərdir.
- Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiniz?
- Doğum gününə görə özümə nəsə arzu etmirəm. Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Sağlamlıq arzulayıram həmişə.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
-
21:25
Erməni güləşçilər Bakıya gəlir
-
21:00
“Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
19:46
"Dinamo"nun baş məşqçisi: "Məqsədimiz növbəti mərhələyə adlamaqdır"
-
19:18
Futzal millimizin oyunlarının təqvimi açıqlandı
-
18:33
"Zirə" "Göztəpə"nin sabiq hücumçusunu transfer etdi
-
17:02
Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”
-
16:29
"İmişli" gücünü "Qarabağ"ın əvəzedicilərinə göstərdi
-
15:53
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
-
15:32
Emin Mahmudov: “İndi “Braqa” barədə düşünmürük”
-
15:14
“Qəbələ” nigeriyalı vinger transfer etdi
-
14:41
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
-
14:00
“Qarabağ”ın yenilənmiş iştirak ərizəsini UEFA-ya göndərdi
-
13:27
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
12:58
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
-
12:36
Cavid Hüseynov: “Nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”
-
12:13
Toral oynadı, “Bursaspor” qalib gəldi
-
11:42
Stiv Beusnard “Turan Tovuz”da
-
11:05
“Sabahın Ulduzları”, xoş gəlir avazları
-
10:29
"Araz-Naxçıvan" braziliyalı legionerlə yeni müqavilə imzaladı
-
09:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
ÇSKA Bakıya xal itkisi ilə gəlir
-
19:49
“Kəpəz” - “Şamaxı” matçında heç-heçə
-
19:07
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
-
18:22
“Karvan-Yevlax” qapıçı transfer etdi
-
17:51
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
17:15
“Səbail”in sabiq legioneri "Şəfa"ya keçdi
-
16:34
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
16:00
Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
-
15:48
Yamaykalı vinger rəsmən "Zirə"də
-
15:23
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
15:09
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
-
14:57
Finlandiya çempionu Bakıdadır
-
14:38
Səfir: "Kriket insanlararası əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər" FOTOLENT
-
14:21
ÇL: "Sabah"ın III mərhələdəki potensial rəqibi müəyyənləşdi
-
13:54
"Turan Tovuz" üçün yeni rəqib
-
13:15
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
13:00
Emrelinin “Rakov”da ilk seçimi
-
12:43
“Araz-Naxçıvan”dan ayrılan legioner vətəninə qayıtdı
-
12:28
Azərbaycan avarçəkənləri Avropa çempionatına qatılacaqlar
-
12:06
Mbappe bunu bacaran ilk futbolçu oldu
-
11:39
Üzgüçülərimiz Kutaisi turnirini 33 medalla başa vurublar
-
10:51
"Zirə"nin rəqibi qapısında 5 qol gördü
-
10:27
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:02
“Qarabağ” azarkeşlərə səsləndi: “Gəl, stadionda birlikdə qələbə qazanaq”
-
09:44
İspaniyanın çempionluğu VİDEO
-
21:18
Kaxaber Sxadadze: "Heyətin gücləndirilməsinə ehtiyac var"
-
20:05
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
-
19:32
“Neftçi”nin 2026/27 mövsümünün üçüncü oyun dəsti - “Bakı” FOTOLENT
-
16:29
“Səbail” qapıçı transfer etdi
-
15:47
Azərbaycanlı hakim Çempionlar Liqasının 2 oyununda
21.07.2026
20.07.2026
19.07.2026























