24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”

“Neftçi” böyük sıçrayış edib. Halbuki qış fasiləsinə qədər hamı mövsümün boşa getdiyini deyirdi. Komanda yuxarı pillələrdən uzaq düşmüşdü. İndi isə “Neftçi” avrokubokların qapısını döyür”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

“Neftçi”nin cari mövsümdəki çıxışını dəyərləndirən mütəxəssis “ağ-qaralar” üçün qarşıdakı Zirə səfərinin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Qarşıdakı “Zirə” - “Neftçi” matçı hər iki tərəf üçün çox vacibdir. 6 xallıq oyundur. “Neftçi” son turlar yuxarı pillələrə yaxınlaşıb. Düzdür, mövsümün sonuna elə də çox qalmayıb, ona görə də üçüncü yerə qədər irəliləyə biləcəklərinə inanmıram. Amma avrokuboklar şansı kifayət qədər realdır. Bu baxımdan “Zirə” və “Qarabağ”la oyunlar həm çətin keçəcək, həm də mühüm əhəmiyyət daşıyır. Zirədəki matçda hansı komanda gəlsə, bir addım irəlidə olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31