24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırıldı

"Araz Saatlı"nın rəsmisi "Göygöl" ilə matçdan sonra futbolçu və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II Liqanın XXII turunun "Araz Saatlı" - "Göygöl" oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 70 manat cərimə edilib.

"Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov matç bitdikdən sonra rəqib oyunçuları və hakimləri təhqir, həmçinin təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə olunub. Həmçinin Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb, komandası əlavə 1000 manat cərimələnib.

"Göygöl" komandasının nümayəndəsi isə matçöncəsi iclasda iştirak etmədiyi üçün klub 150 manat ziyana düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31