24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Kurban Berdıyev “Turan Tovuz”da böyük işlər görüb”

“Turan Tovuz” mövsümü bürünc medalla başa vurmağa doğru gedir. Komanda üçüncü olmağa “Zirə”dən də, “Neftçi”dən də 2-3 addım daha yaxındır. Qeyri-adi hal yaşanmasa, Tovuz klubu mövsümü bürünc medalla başa vuracaq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyev deyib.

Premyer Liqadakı şansları dəyərləndirən təcrübəli mütəxəssis Tovuz klubunun üçüncü yeri tutmağa layiq olduğunu bildirib: “Turan Tovuz” əvvəlki illərə baxanda daha stabildir. Heyət baxımından da güclənib. Səviyyəli, keyfiyyətli legionerlə bağlı çoxlu işlər görülüb. Kurban Berdıyev tez-tez rotasiyalar etməklə vəziyyəti dəyişə bilir. Düşünürəm ki, “Turan Tovuz” layiqli şəkildə üçüncü yerdə gedir”.

O, komandanın əsas çatışmazlığını da açıqlayıb: “Zəif cəhətləri ondan ibarətdir ki, autsayderlərlə oyunlarda xallar itiriblər. Halbuki bu itkilərə yol verməsəydilər, turnir cədvəlində vəziyyətləri daha yaxşı ola bilərdi. “Turan Tovuz” iddialılara qarşı bir, autsaydelərə qarşı isə başqa futbol oynayır”.

Şahin Diniyev hələ Rusiyada çalışdığı vaxtlardan tanıdığı Kurban Berdıyevin Tovuz klubundakı işini müsbət qiymətləndirib: “Həqiqətən də Berdıyevin işi göz önündədir. Məşqçinin işi nə ilə qiymətləndirilir? Qazandığı nəticə ilə. Nəticə də onu göstərir ki, “Turan Tovuz” bu gün 32 ildən sonra avrokuboklara yollanmağa yaxındır. Bu, böyük nəticədir. Təbii ki, bu nəticədə də baş məşqçinin böyük əməyi var”.

Mütəxəssis qeyd edib ki, futbolda əsas göstərilən oyun yox, nəticədir: “Kurban Berdıyev “Turan Tovuz”da böyük işlər görüb. Məşqçini məşqçi edən nəticələrdir. Oyun yadda qalmır, amma nəticə hər zaman xatırlanır”.

Şahin Diniyev “Turan Tovuz”un rəhbərliyinin nəticədə müsbət rol oynadığını vurğulayıb: “Turan Tovuz”un prezidenti məşqçiyə inandı, futbolçuların arxasında durdu. Ona görə də bu gün komanda şəklində uğur var. Görünən odur ki, komandanın daxilində də ab-hava gözəldir, hər kəs bir-birini dəstəkləyir. Ona görə də bu gün qazanılan nəticələr gözlənilməz deyil”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31