Ölkə futbolu
“Turan Tovuz”un kapitanı: “Berdıyevin öz duruşu var, ondan çox şey öyrənirik”
“Sumqayıt”la oyunun “Turan Tovuz”un heyətində Premyer Liqada 100-cü matçım olduğunu bilirdim. Lakin bunun anons ediləcəyindən xəbərsiz idim. Mənim üçün də xoş oldu. İnşallah, davamlı olar, komandada daha çox oyun keçirərəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib.
O, Tovuz klubunda uzun müddətdir çıxış etdiyini və burada xoşbəxt olduğunu bildirib: “Tovuzdan deyiləm. Artıq 5 ildir buradayam. “Turan Tovuz” mənə çox doğmadır. Tovuzda yaşadığım vaxtlar da olub. İnsanlar hər yerdə məni isti qarşılayırlar. İnsan belə münasibət gördüyü yerdən niyə getsin ki?”
26 yaşlı futbolçu komandanın baş məşqçisi Kurban Berdıyev haqqında müsbət fikirlər səsləndirib: “O, çox təcrübəli mütəxəssisdir. Berdıyevin öz duruşu var. Ondan çox şey öyrənirik. Baş məşqçimiz həm də bizə təcrübə qazandırır. Nə vaxtsa gələcəkdə məşqçi kimi çalışsaq, ondan öyrəndiklərimiz bizə çox faydalı olacaq”.
Hacıyev kubokdan əllərini üzmədiklərini vurğulayıb:
“Bəli, yarımfinalın ilk matçında “Zirə”yə 0:2 hesabı ilə uduzduq. Lakin bu, futboldur, hər birimiz vəziyyəti dəyişəcəyimizə inanırıq. Düzdür, hazırda fikrimiz “Araz-Naxçıvan”la çempionatdakı matça yönəlib. Həmin görüşdən sonra sırf “Zirə” ilə cavab matçına hazırlaşacağıq. Hər şey mümkündür. Əlimizdən gələni edəcəyik ki, turu keçən tərəf olaq”.
O, finala çıxmaq şanslarının tükənmədiyini hesab edir: “Şansımız niyə yoxdur? Əlimizdən gələni edəcəyik. Axıra qədər vuruşacağıq. Məşqçimizin tapşırıqlarını meydanda yerinə yetirsək, istədiyimiz nəticəni qazanarıq. Özümüzə güvənirik, heç kimdən çəkinmirik”.
“Turan Tovuz”un kapitanı diqqətlərini yalnız öz oyunlarına yönəltdiklərini söyləyib: “Çempionatda üçüncü olmaq şansımız yüksəkdir. Üçüncü yeri tutub, kuboku da götürsək, əla olar. Keçən il dördüncü olduq, lakin avrokuboklardan kənarda qaldıq. Ona görə bu dəfə ehtiyatı əldən vermək istəmirik. Turnir cədvəlinə, rəqiblərin oyunlarına çox da fikir vermirik. Bütün diqqətimizi öz çıxışımıza yönəltmişik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
24.10.2026
23.10.2026
22.10.2026
























