24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ”dan xanım azarkeşlərə növbəti jest

“Qarabağ” klubu xanım azarkeşləri üçün növbəti dəfə jest edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Azərbaycan Premyer Liqasının 28-ci turunda "Sabah"la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Stadiona biletsiz girişin mümkün olmadığı bildirilib.

Qeyd edək ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" buna qədər “Şamaxı” və kubokunun yarımfinalının "Sabah"la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31