1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

Çarl Boli: “Neftçi” bizdən daha yaxşı oynadı”

"Neftçi"yə qarşı çətin oyun oldu. Çünki güclü komandaya qarşı mübarizə aparırdıq. "Neftçi" xüsusilə də son vaxtlar qələbələri sıralayır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Çarl Boli Azərbaycan Premyer Liqasının 26-cı turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Fransız futbolçu rəqibin daha üstün olduğunu etiraf edib: “Rəqib güclü olsa da, biz matça ciddi hazırlaşmışdıq, Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, istəyimizə çatmadıq. Düzünü demək lazımdır, “Neftçi” bizdən daha yaxşı oynadı. İkinci hissədə geridönüş etmək üçün çox çalışdıq. Lakin gücümüz sadəcə bir qola çatdı. İkinci dəfə fərqlənə bilmədik. Artıq bu matçı unutmalı, növbəti oyuna hazırlaşmalıyıq”.

28 yaşlı futbolçu “Araz-Naxçıvan”ın avrokuboklar şanslarını belə dəyərləndirib: “Şansımız hələ də var. İnanırıq ki, avrokuboklara yollana bilərik. Çünki çempionat da hələ bitməyib, mövsüm davam edir, qarşıda 6 oyunumuz var. Sona qədər mübarizəmizi davam edəcəyik. Necə olacağını isə zaman göstərəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30