24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” qarşılaşmasının biletləri sabahdan satışda olacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Qarabağ"ın mətbuat xidməti açıqlama yayıb.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən klubun fanşopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Qeyd edək ki, stadionun qapıları oyunun start fitindən 120 dəqiqə əvvəl azarkeşlərin girişi üçün açılacaq.

Xatırladaq ki, qarşılaşma aprelin 18-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31