24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Fəridə Lütfəliyevanın idarə etdiyi oyunda Kosovo sevindi

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ötən gün B qrupunun Kosovo - Moldova görüşündə ədaləti qoruyub.

Lütfəliyeva qarşılaşma ərzində cəmi bir futbolçuya sarı vərəqə göstərib. Referi 26-cı dəqiqədə Moldova yığmasından Olqa Luçanı cəzalandırıb. Oyun isə Kosovonun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Fəridə Lütfəliyeva aprelin 15-də Kosovo - Litva matçının ehtiyat, 18-də Moldova - Litva görüşünün isə baş hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31