18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

“Qarabağ Mechack 9030” komandası beynəlxalq yarışda iştirak edib

“Qarabağ Mechack 9030” robototexnika komandası dünyanın ən nüfuzlu mühəndislik yarışlarından biri olan FIRST Robotics Competition (FRC) çərçivəsində keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edib.

Futbolxeber.az saytının məlumatına görə, FIRST Robotics Competition (FRC) qlobal miqyasda ən prestijli robototexnika yarışlarından biri hesab olunur. Layihənin ideya müəllifi və baş tərəfdaşlarından biri ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyidir (NASA). Hər il yanvar ayının ilk şənbə günü NASA tərəfindən yarışın mövzusu elan olunur və iştirakçı komandalar məhz həmin tapşırığa uyğun robot hazırlayaraq yarışa qatılırlar.

“Qarabağ Mechack 9030” komandası bu il ABŞ-də keçirilən “Gotham Regional” və “New York Regional” turnirlərində iştirak edib.

“Gotham Regional” mərhələsində komanda 39 komanda arasında yüksək rəqabət şəraitində çıxış edərək top 15-ə düşməyi bacarıb.

Fərdi və komanda nailiyyətləri baxımından da nəticələr diqqətəlayiqdir. Komandanın iki üzvü Fərəh Mehtiyeva, Yusif İldırımzadə "Leadership" (liderlik) nominasiyası üzrə fərqlənərək final mərhələsinə yüksəlib. Eyni zamanda, 51 komanda arasında Qarabağ Mechack Team 9030 FIRST ekosisteminin inkişafına 4 il ərzində verdiyi töhfələr, FLL-dən FRC-yə şagirdlərin yetişdirilməsi və güclü komanda ruhuna görə “Team Spirit Award” mükafatına layiq görülüb.

Bununla yanaşı, komandanın mentoru robototexnika sahəsində xüsusi nüfuza malik olan "Woodie Flowers Award" nominasiyası üzrə Təranə Nəbiyeva final mərhələsinə yüksəlib ki, bu da komandanın inkişafında mentorluğun mühüm rol oynadığını bir daha təsdiqləyir.

“Qarabağ Mechack 9030” komandasının əldə etdiyi bu uğurlar beynəlxalq platformada artan nüfuzun göstəricisi olmaqla yanaşı, Azərbaycanda robototexnika və STEM sahələrinin inkişafına verilən töhfənin də bariz nümunəsidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31