18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Filip Ozobiç Azərbaycan futbol tarixinə düşdü

Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əsilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.

Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31