18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Azərbaycan çempionatlarının son 16 mövsümündə ilk

Azərbaycan Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, Rauf Rüstəmli 27-ci turun “Karvan-Yevlax” - “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 27-ci turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31