Ölkə futbolu
Xorxe Silva: “Berdiyev deyirsə, deməli, elədir”
“Turan Tovuz”un müdafiəçisi Xorxe Silva Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Oyun çox çətin olacağını bilirdik. Qarşılaşmaya istəkli başladıq. Bunun da nəticəsində erkən qol vurduq. İkinci hissəyə də eyni istəklə start verdik. Nəticədə yenidən fərqləndik. Lakin sonra tez-tez top itirdik. Rəqibə əks-hücumlar qurmaq şansı yaratdıq. Qapımızda qol gördük. Buna baxmayaraq, yekunda qalib gəldik və çox sevinirik.
- Yenilənmiş qazonu necə qiymətləndirirsiniz?
- Çox möhtəşəmdir. Tam istədiyimiz kimidir. Arzumuz da bu idi ki, doğma stadionumuza qayıdaq. Çünki burada oynamaq bizim üçün çox yaxşıdır. Tovuzda komandaya güclü dəstək var.
- Oyundan sonra mətbuat konfransında komandanızın baş məşqçisi Kurban Berdiyev bildirdi ki, futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Bu, nədən irəli gəlirdi?
- Baş məşqçimiz deyirsə, deməli, elədir. Çünki Kurban Berdiyev çox təcrübəli mütəxəssisdir. O, hər şey gözəl başa düşür. Həyəcanlı olmağımızın bir səbəbi uzun müddətdən sonra yenidən doğma meydana qayıtmağımızdır. Öz azarkeşlərimiz önündə oynayırdıq. Digər tərəfdən isə “Sumqayıt” da zəif rəqib deyil. Həyəcan həm də istəkli olmağımızdan irəli gələ bilər.
- Demək olar ki, “Turan Tovuz” artıq avrokubokların qapısını açıb?
- Çempionatın startından əsas hədəfimiz avrokuboklardır. Bu hədəflə də irəliləməyə çalışırıq. İnanırıq ki, məqsədimizə çatacağıq.
- Yarımfinalın ilk matçında “Zirə”yə 0:2 hesabı ilə uduzdunuz. Kubokdan əlinizi üzmüsünüz, yoxsa cavab matçında geridönüş edəcəyinizə inam qalıb?
- Futbolda hər şey mümkündür. “Turan Tovuz” da yaxşı komandadır. Heyətimiz güclüdür. Ona görə də düşünürəm ki, vəziyyəti dəyişə bilərik. Lakin hazırda kuboku düşünmürük. Əsas fikrimiz növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəyimiz matça yönələcək. Həmin oyun da çətin keçəcək. Çünki rəqib yaxşı komandadır.
- Uzun məsafəyə aut atmağınızla seçilirsiniz. Hətta sizin üçün zarafatla “əllə qol ötürməsi verir” də deyirlər...
- Həqiqətən də aut atışlarım uğurlu alınır. Əvvəlki klubumda da belə idi. Məqsədim hər zaman komandama kömək etməkdir. Daim assist etmək istəyirəm, fərqi yoxdur, ayaqla, ya əllə. Əsas odur ki, komandama xeyrim dəysin.
- Bayaq azarkeşləri qeyd etdiniz. “Turan Tovuz” fanatlarından sosial şəbəkələr vasitəsi ilə mesajlar alırsınız?
- “Turan Tovuz”u seçməyimin səbəblərdən biri də azarkeşlərdir. Bilirdim ki, bu komandanı fanatlar daim dəstəkləyirlər. Mənə hətta transfer reallaşmamışdan qabaq yazan azarkeşlər də var idi. İndi də yazırlar. Əlbəttə, bu, bir futbolçu üçün sevindirici haldır. Hər zaman azarkeşlərin bu sevgisini cavablandırmağa çalışıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
17.10.2026
16.10.2026
























