12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirilib

“Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30