10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

Kurban Berdıyevdən qələbə şərhi

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin sullarını cavablandırıb:

"Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi”.

- Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?

- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.

- İbrahima Vadji və Jo Batişda da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...

- Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

- "Turan Tovuz" kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?

- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.

- "Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?

- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

- Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?

- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31