7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

"Neftçi"də yeni təyinat reallaşıb

“Neftçi” klubunda hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsində çalışacaq Burçin Keskinin bu gün əsas komanda ilə ilk görüşü baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, “Palms Sports Futbol Mərkəzi"ndə məşqçilər korpusu və futbolçularla bir araya gələn türkiyəli mütəxəssis oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən tövsiyələr və digər məsələlər barədə seminar keçib.

Qeyd edək ki, Burçin Keskin futbol sahəsində fəaliyyətə əvvəlcə hakim kimi başlayıb. Daha sonra hakimlərin təlimi və inkişafı sahəsində işləyib, uzun müddət Türkiyə Futbol Federasiyası (TFF) strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2022-23-cü illərdə isə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30