17 Oktyabr 2026, Şənbə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi

Ölkə futbolu

Rəşad Sadıqov rəqibin oyununu izləmək üçün Şamaxıya yollandı

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edir.

Futbolxeber.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşü izləyənlər arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var. Mütəxəssis qarşılaşmanı köməkçisi Ağabala Ramazanovla birgə izləyir.

Sadıqovun Şamaxıya səfər etməsi səbəbsiz deyil. Belə ki, “Zirə” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq. R.Sadıqov da məhz bu səbəbdən vacib qarşılaşma öncəsi Tovuz klubunun oyununu canlı izləmək qərarına gəlib.

Xatırladaq ki, avrokuboklar mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edən “Turan Tovuz” - “Zirə” görüşü fevralın 20-də “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma 17:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31