15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa hakim təyinatları açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, görüşü norveçli hakimlər idarə edəcək.

Referi Espen Eskos olacaq. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR Rob Diyperinkə, AVAR isə Dennis Hiqlerə həvalə olunub.

Qeyd edək ki, matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31