Ölkə futbolu
Qurban Qurbanov: “Şans varsa, niyə istifadə etməyək?”
Sabah "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Ayntraxt"ı qəbul edəcək.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq, deyim ki, bu tarix Azərbaycan üçün ağır gün olub. Başımız sağ olsun. Oyuna gəldikdə, çox vacib matçdır. Düzdür, hazırlaşmağa vaxtımız çox da olmadı. Hər bir halda, vaxtımız oldu ki, istirahət edək və oyuna daha sakit hazırlaşaq. Az vaxtdan səmərəli istifadə etdik. Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Futbolçularım çox istəkli və intizamlı idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Komanda daha yığcam, daha istəkli və daha intizamlı olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini sərgiləməyə çalışacağıq.
- Rəqibin baş məşqçisinin dəyişdirilməsi planlarınızı pozdu?
- Elə düşünmək olar. Çünki "Ayntraxt"ın oyunlarına baxırdıq. Yanvardan bu yana 3 matça çıxıblar, fərqli sistemdə oynayırdılar. Matçın gedişatında fərqli hücumlar qururdular. Hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun işimizi aparırdıq. Sabah meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz gedişatımızı daha da yaxşılaşdıraq. Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Bəli, "Ayntraxt" təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. Bizim təcrübəmiz, futbolçuların hazırlığı... İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaşı oynasaq, uğur əldə edə bilərik. Amma baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı.
- Rəqib Bakıya sabah gələcək və burada məşq etməyəcək. "Çelsi" də belə etmişdi. Bu hal "Qarabağ" üçün üstünlük ola bilər?
- Məncə, elə də əhəmiyyət kəsb etmir. Bəli, belə hallar olub. Biz də belə addım atmışıq. Öz proqramlarına uyğun belə qərar veriblər. Elə də əhəmiyyəti olacağına inanmıram.
- Komandanı sabahkı matça hazırlayan Aleks Meyer 13 il əvvəl "Qarabağ"a 3 qol vurmuşdu. Bu, sizin üçün xüsusi əhəmiyyət kəsb edir?
- Əminliklə deyə bilərəm ki, indi bizə qol vura bilməyəcək. Sadəcə tanış simadır, görmək xoş olardı.
- Qısa fasilənin əvvəlki tempi saxlamaq üçün hansı mənfi və ya müsbət cəhətləri oldu?
- Bizim üçün çox müsbət haldır. İstirahətə çox ehtiyacımız var idi. Bəlkə başqa komandalara mane ola bilər. Amma bizə faydası oldu. Ən azından futbolçuların yorğunluğunu azalda bildik. Ola bilər ki, bir neçə oyun optimal formamızdan uzaq olaq.
- Transferlər olacaq?
- Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer reallaşmalıdır. Danışıqlar davam edir.
- Dediniz ki, toplanışda daha bir oyun keçirmək istəyərdik. İstədiyiniz səviyyədə rəqib tapılmadı, yoxsa vaxt olmadı?
- Vaxtla bağlı idi.
- "Ayaks"la matçdan öncə hamıda rahatlıq var idi ki, rəqib xal qazanmayıb. "Ayntraxt" da Bakıya müəyyən itkilərlə gəlir. Bu barədə futbolçularla danışıq aparmısınız?
- Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq... Bunu qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir. Rəqibin seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, "Ayntraxt"ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır. Klubu bir nəfər idarə etmir. Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiniz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox, 5 qələbəmiz olacaq.
- Coni Montielin sabah oynamaq şansı nə qədərdir?
- Xeyli vaxt futboldan uzaq qalmışdı. Ümumi durumu pis deyil. Amma futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram, optimal formadayam. İstər bir ay məşq etməsin, ya etsin. Ancaq ümumi reallığa baxsaq, Montiel çox əziyyət çəkib. Hazırlığında problem var idi, daha sonra zədələndi. İşinə çox peşəkarcasına yanaşdı. Ondan razıyam. Amma hər bir halda, hələ Montieli tam hazır hesab etmirəm. Özünü yaxşı tərəfdən göstərsə də, belədir. Çünki bir ildən çox futbol oynamayıb. Belə gərgin, dinamik, məsuliyyətli oyunlarda onun oyun təcrübəsinə çox ehtiyac var. Amma bugünkü hazırlığından razıyam. İnanıram ki, hələ daha da yaxşı ola bilər. Çalışacam ki, məşqçi olaraq onu daha yaxşı səviyyəyə gətirim. Təbii ki, bu cür peşəkar qalarsa...
- Çempionlar Liqasındakı gərginlik "Qarabağ"ın Azərbaycan Premyer Liqası və Azərbaycan kuboku matçlarına necə təsir edir?
- Ümumən təsiri olur. Bəzən belə oyunlardan sonra daxili liqada xal itkilərimiz çox olub. Avropada da belədir. Şükürlər olsun ki, neçə ildir çempionatda öz yerimizi qoruyub-saxlaya bilmişik. Amma digər ölkələrə baxsan, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var, bu turnirlərdən sonra öz liqalarında 8-10-cu yerlərdə gedirlər. Amma ümumən bizə mane olur. Çünki istər-istəməz fikirlərimiz bu oyunlaradır. Lakin bu, hardasa müvəqqəti olur, sonradan yenə digər matçlara köklənə bilirik. Sadəcə gərginliyin çempionat matçlarına təsiri olur. Amma illərdir belədir. Bizdə pis alınmır. Əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji daha çox yoruluruq, bir az çətinləşir. Lakin hər bir halda, işimizdir, çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Buna görə bizim 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda, belə anlarda digər futbolçuların üzərinə məsuliyyət düşür. Onlar bunu anlayır və qoruyub-saxlayırlar. Bəzən üzdə olan futbolçuların faydasından danışılır. Lakin ikinci heyət... İnanıram ki, futbolçuların xətrinə dəyməz. Onların etdikləri digərlərinin etdiyindən daha da faydalı olur. Çünk o tempi qoruyub-saxlaya bilməsək, biz növbəti ildə nə Çempionlar Liqasında, nə də Avropa Liqasında iştirak edə bilərik. Çətinlik var. Amma sağ olsunlar, futbolçularım bu tempi qoruyur. Bəzən gözlənilməz məğlubiyyət olur. Bu da futbolun bir hissəsidir. İnanıram ki, qarşıda bizi çox maraqlı matçlar gözləyir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























