6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Rəşad Eyubov: "Qarşıda bizi çox iş gözləyir"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyubov təlim-məşq toplanışı çərçivəsində “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan sonra fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o,  AFFA-nın mətbuat xidmətinə açıqlamasında 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib:

“Güclü komandaya qarşı əla oyun keçirdik. Bu, futbolçular üçün böyük təcrübədir. Çünki bir çoxu ilk dəfə belə səviyyəli rəqibə qarşı oynayırdı. Ümumilikdə matçdakı enerjimizdən və konsentrasiyamızdan razı qaldım. Qarşıda bizi çox iş gözləyir. Toplanış dönəmində keçirdiyimiz iki oyun bizə kifayət qədər faydalı oldu”.

Qeyd edək ki, Bakıda hazırlıq keçən U-21 yoxlama oyunlarında ilk yoxlama oyununda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30