6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Vernidub “Neftçi”nin “Lokomotiv”lə əməkdaşlığından danışdı: “Bunun mənə nə aidiyyəti var?”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “ağ-qaralar”In Moskva “Lokomotiv”i ilə əməkdaşlıq memorandumu imzalaması barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis sport.ua-ya müsahibəsində bu barədə deyib:

“Burada da jurnalistlər informasiyanı çox şişirdiblər. KİV-də mənim guya Moskvaya gedəcəyim yazıldı. Bu, ağılasığmazdır. Əməkdaşlıqla bağlı bu razılıq uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Bunun mənə nə aidiyyəti var? Əsas komandada rusiyalı futbolçu yoxdur və ola da bilməz. Həmçinin gənclər komandalarında da yalnız azərbaycanlılar çıxış edir. Mən burada ukraynca danışıram və mənim sözlərimi istər futbolçulara, istər həmsöhbətlərimə tərcüməçi çatdırır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30