8 Sentyabr 2026, Çərşənbə axşamı
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçular yorğun olsalar da, bunu bacardılar”

“Qarabağ” dünən Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” klublarını 3:1 hesabı ilə məğlub edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşlərlə bağlı fikirlərini klubun saytı ilə bölüşüb.

Təcrübəli mütəxəssis hər ikik görüşün yüksək səviyyədə alındığını bildirib:

“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30