8 Sentyabr 2026, Çərşənbə axşamı
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi

Ölkə futbolu

“Qarabağ”dan Antalyada maksimum göstərici: 3 oyun 3 qələbə

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

Ağdam təmsilçisi bu gün daha bir matçda qüvvəsini sınayıb. “Qarabağ” günün ikinci oyununda Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gəlib. Qurban Qurbanovun komandası bu qarşılaşmada da qələbə qazanıb - 3:1. Ağdam təmsilçisinin heyətində Leandro Andrade, Abdullah Zubir və Joni Montiel fərqləniblər.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30