Ölkə futbolu
Daniel Subotiç: "Əsas rəqibimiz "Qarabağ"dır"
"Qəbələ"nin hücumçusu Daniel Subotiçin müsahibəsi.
- İlk dəfədir ki, "Qəbələ"nin heyətində təlim-məşq toplanışında iştirak edirsən. Hazırlıqlar necə gedir?
- Təlim-məşq toplanışı nəzərdə tutulduğu vaxtda başladı. Hazırlığın ilk həftəsi gündə iki məşq olmaqla davam etdi. Ondan sonra bir qədər fasilə yarandı. Yenidən həmin formada hazırlığı davam etdiririk. Məncə, bu düzgün addımdır. Bundan əlavə bir neçə yoxlama görüşləri də keçiririk. Mövsümün qalan hissəsinə yaxşı hazırlaşmağa çalışırıq.
- Məşqlərin birində zədələnmişdin. Hazırda özünü necə hiss edirsən?
- Ciddi bir şey yoxdur. Sadəcə, bir neçə gün istirahət etməli idim. Özüm də məşq edə bilərdim. Həkimlər zədəmin ağırlaşmaması üçün bir qədər dincəlməyimi məsləhət gördülər.
- Belə aydın oldu ki, "Volqa" ilə bugünkü yoxlama matçında iştirak etməyəcəksən...
- Xeyr, oynaya bilməyəcəm.
- Növbəti görüşdə necə, "Torpedo" ilə qarşılaşmada meydana çıxa biləcəksən?
- Həmin oyunda da iştirak etməyəcəm. Çünki məşqçilər korpusunun risk edəcəyini düşünmürəm.
- Komandanın mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirərdin?
- Əla mövsüm keçirdiyimizi düşünürəm. Bu komandaya gəlməmişdən öncə mənə "Qəbələ"nin yüksək yerlər uğrunda mübarizə aparacağını demişdilər. Gözlənilən kimi də oldu. İlk yarıda oynadıq. Düzdür, çempionluq yarışındakı əsas rəqiblərimizdən olan "Qarabağ" və "Neftçi" üzərində qələbə qazana bilməsək də, ümumilikdə yaxşı oyun nümayiş etdirdik. Düşünürəm ki, ikinci yarıda bu oyunu davam etdirsək, çempion ola bilərik.
- Geridə qalan 18 turda sənin üçün ən yadda qalan oyun hansı oldu?
- "Simurq"la ev oyununu qeyd edərdim. Çünki həmin görüşdə iki qol vurdum və komandama vacib qələbə qazandırdım. Hansı ki, həmin oyunda hər kəs məndən çox şey gözləyirdi. Bu səbəbdən "Simurq"la matç mənim üçün ən yadda qalan oyun oldu.
- "Qəbələ"dən öncə Ukraynanın "Volın" klubunda oynamasan və keçirdiyin 23 oyunda cəmi 4 qol vurmusan. Lakin bu mövsüm "Qəbələ"nin heyətində çıxış etdiyin 13 görüşdə 7 dəfə fərqlənməklə artıq bombardirlər sırasında yer almısan. Bu fərqi nə ilə izah edərdin?
- Bu, oyun sisteminin fərqli olması ilə bağlıdır. Deməzdim ki, iki Premyer Liqa arasında böyük fərq var. Doğrudur, Ukrayna Premyer Liqası Azərbaycan çempionatından bir qədər öndədir. Ancaq mənim burada uğurlu çıxışımın səbəbi hansısa ölkə ilə əlaqədar deyil. Digər tərəfdən, məşqçilər korpusu mənə azadlıq verib. Üstəlik mənə yaradılan imkan da bunda əsas rol oynayır. Məsələn, Ukraynada məni tapşırıq verirdilər ki, iki mərkəz müdafiəçisini özünlə aparmalısan və digər hücumçular da qol vurmalıdır. Lakin "Qəbələ"də mənə sərbəstlik veriblər, nəticədə isə qol vururam.
- Komandanın bu mövsüm əsas hədəfi nədir?
- Qəbələdə yaşayan hər kəs, rəhbərlik, məşqçilər korpusu və bütün futbolçuların məqsədi birdir. Ən azı Avroliqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Hədəfin bir olması da, bizi uğura aparır. Hamımız buna can atdığı üçün fəaliyyətimiz də uğurlu alınır.
- "Qəbələ"də səndən başqa, Yannik Kamanan, Viktor Mendi və Abdulvahid Afolabi kimi hücumçular var. Əsas heyət uğrunda mübarizədə rəqabətdən çəkinmirsən ki?
- Rəqabətdən qorxuram, çəkinmirəm. Bura gəldiyim gündən rəqabətdə olmuşam. Əksinə rəqabət məni daha da irəli aparır və çox çalışmağıma şərait yaradır. İnanıram ki, mövsümün növbəti yarısında da uğurlu çıxımı davam etdirəcəm. Bütün komanda yoldaşlarıma böyük hörmətim var. Lakin kimliyindən asılı olmayaraq mən əsas heyətdəki yerimi heç kəsə vermək niyyətində deyiləm və buna imkan vermərəm.
- Bu mövsüm çempionluq uğrunda əsasən üç komanda - "Qarabağ", "Qəbələ" və "Neftçi" klubları mübarizə aparır. Lakin "İnter" və "Bakı"nı da hesabdan silmək düzgün olmaz. Çempionluq yolunda özünüzə ən çətin rəqib hansı komandanı görürsən?
- "Qarabağ"ı fərqləndirərdim. Düşünürəm ki, mövsümün sonuna qədər çempionluq yolunda mübarizə "Qarabağ" və "Qəbələ" klubları arasında gedəcək. Yəni, çempionluq yolunda əsas rəqibimiz "Qarabağ"dır. Qarşıdakı turlarda oyunların gedişatı da bunu bir daha göstərəcək.
- "Qarabağ" demişkən, Ağdam təmsilçisi Azərbaycan kubokunun 1/4 finalında da sizə rəqibdir.
- "Qarabağ"la çempionat oyununda iki dəfə qarşılaşmışıq, lakin təəssüf ki, hər ikisində məğlub olmuşuq. Lakin bu o demək deyil ki, biz zəif çıxış etmişdik. İlk görüşdə hesab 6:1 hesabı ilə bizim xeyrimizə nəticələnə bilərdi. Ancaq top rəqib qapıdan keçmədi. İkinci matçda ilk hissədə zəif oynasaq da, fasilədən sonra 3 qol vurmağı bacardıq. Hətta bunun davamını da gətirə bilərdik, lakin vaxtımız çatmadı. Bundan əlavə Premyer Liqa ilə kubok oyunları fərqli ab-havada keçir. Ola bilər ki, Premyer Liqada bir oyunda uduzub, sonrakı turda qələbə qazana bilərsən. Ancaq kubokda aydın məsələdir ki, məğlub oldunsa, mübarizəni dayandırırsan.
- Hər iki cəbhədə mübarizə aparmaq komanda üçün nə dərəcədə çətin olacaq?
- Məncə, kubok oyunları daha maraqlı və həyəcanlı olur. Ancaq bizim Premyer Liqa və ya kuboka üstünlük verəcəyimizi baş məşqçi söyləyə bilər. Hər iki cəbhədə meydanda var-gücümüzü qoyacağıq və uğur qazanmaq üçün əlimdən gələni edəcəyik.
qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- AFFA millimizin məğlubiyyətlərini niyə gizlədir?
- Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Qərəz, yoxsa antipatiya? - YAZI
- Hidayət bürünc medal qazandı
- “Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
- “Neftçi”nin hücumçusu mükafatlandırıldı
- Syomin: “Qəbələ” akademiyası bağlanırsa, Azərbaycan futbolu necə inkişaf edəcək?”
-
01:00
ÇL: PSJ və "Atletiko" yarımfinalda
-
00:32
Cüdo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
-
22:53
Yığmamız Andorraya qalib gəldi
-
22:28
Basketbol Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub
-
21:45
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə VİDEO
-
20:09
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
-
19:16
Avropa çempionatına qatılacaq güləş millilərimizin heyəti müəyyənləşib
-
18:52
“Turan Tovuz”un kapitanı: “Berdıyevin öz duruşu var, ondan çox şey öyrənirik”
-
18:24
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib FOTOLENT
-
18:00
Millimizdən biabırçı məğlubiyyət
-
17:47
“Qarabağ”dan maraqlı təşəbbüs
-
17:13
Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı yarışlara Çində hazırlaşacaqlar
-
16:58
II Liqada "Ayın qolu"nun qalibi mükafatlandırıldı
-
16:05
Güləşçilərimiz Antalyada daha altı medal əldə ediblər
-
15:31
Şahin Diniyev: “Qarabağ”ın çempionluq şansı 30 faizdir”
-
14:46
"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
-
14:29
"Qarabağ”dan xanım azarkeşlərə növbəti jest
-
13:52
Çarl Boli: “Neftçi” bizdən daha yaxşı oynadı”
-
13:34
Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
-
13:10
Millimizin futzalçısı: “Vəziyyət düşünüldüyü qədər də ağır deyil”
-
12:47
“Qarabağ”ın futbolçusu millidən kənarda qaldı
-
12:21
AMADA 15 aprel-15 may tarixlərini "Ədalətli İdman Ayı" elan edib
-
12:08
Juninyo Meksikada növbəti qolunu vurdu
-
11:53
Elvin Bədəlov: “Bu mövsüm xəstəliyimiz qol epizodlarını boşa verməyimizdir”
-
11:15
"Qəbələ" legioneri ilə müqaviləni uzatdı
-
10:39
“Fiorentina” “Latsio”ya qalib gəldi VİDEO
-
10:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
“Mançester Yunayted” öz meydanında məğlub oldu VİDEO
-
09:44
İsgəndərlinin komandası səfərdə xalsız qaldı
-
21:56
"Bütün üstünlüyü rəqibə verdik"
-
21:30
Millimiz Qazaxıstana məğlub oldu
-
20:49
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
-
19:26
“Turan Tovuz”un kapitanı 100-ə çatdı
-
18:14
Güləşçilərimizdən "Zəfər Kuboku"nun ilk günündə dörd medal
-
17:52
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
-
17:07
Siyasət Əsgərov: “Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır”
-
16:31
Fəridə Lütfəliyevanın idarə etdiyi oyunda Kosovo sevindi
-
15:48
“Qarabağ Mechack 9030” komandası beynəlxalq yarışda iştirak edib
-
15:23
Azərbaycan gimnastları Avropa çempionatında tarix yazıblar
-
14:55
Elvin Cəfərquliyev: “Yığışmaq lazımdır, komanda olaraq bu vəziyyətdən çıxacağıq”
-
14:39
Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq
-
14:16
Qara Qarayev UEFA B kateqoriyalı məşqçi kursunda
-
14:00
"Baku Open"in qalibləri müəyyənləşib
-
13:42
Azərbaycanın parakamandan oxatma yığması Zaqatalada hazırlığa başlayıb
-
13:24
"Kəpəz" üçün yubiley
-
12:57
Azərbaycanın aerobika gimnastları Bratislavada bürünc medal qazanıblar
-
12:31
Filip Ozobiç Azərbaycan futbol tarixinə düşdü
-
12:18
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
-
11:23
7 qolun vurulduğu oyunda "İnter" sevindi VİDEO
15.04.2026
14.04.2026
13.04.2026























