8 Sentyabr 2026, Çərşənbə axşamı
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi

Ölkə futbolu

“Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko “Neftçi” ilə qarşılaşmanı maraqla gözlədiyini deyib.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə o, Ukraynanın sport.ua saytına müsahibəsində bildirib.

Rəqibi həmyerlisi Yuri Vernidubun çalışdırıldığını xatırladan Demçenko həmkarının təcrübəsi barədə danışıb:

“Təkcə onu demək kifayətdir ki, o, Çempionlar Liqasında Madrid “Real”ını məğlub edib (2021-ci ildə Vernidubun baş məşqçisi olduğu “Şerif” səfərdə “Real”a qalib gəlib - 2:1). Təcrübəli məşqçi və onun komandası ilə qarşılaşmaq hər zaman maraqlıdır. Bu oyunu səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, “Araz Naxçıvan” - “Neftçi” oyunu 18-ci turda baş tutacaq. Ukraynalı məşqçilərin qarşılaşması fevralın 1-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30