19 Aprel 2026, Bazar günü
"Qarabağ" "Sabah"a məğlub oldu
Millimiz Andorraya qalib gəldi
Füzuli Məmmədovdan qələbə şərhi
Nazirdən "Neftçi" paylaşımı

Ölkə futbolu

Elmar Baxşıyev: “Qalib gəlmək üçün heç nə etmədik”

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, "Araz-Naxçıvan" komandasının baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

- Ağır oyun oldu. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. İlk hissədə oyunun nəzarəti bizdə olsa da, fasilədən sonra üstünlüyü əldən verdik. Bu, ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalı və növbəti turlara ciddi hazırlaşmalıyıq.

Mütəxəssis xal itirməkdən daha çox, komandasının məğlubiyyətindən məyusluğunu da gizlətməyib:

"Mənim "Qəbələ" ilə heç bir prinsipiallığım yoxdur. Məni sadəcə komandanın oyundan qopması məyus etdi. Rəqib qələbəyə layiq idi. Biz isə qalib gəlmək üçün heç nə etmədik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30