8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

Kristian Kostin: “Turan Tovuz”a qarşı oyun ağır oldu”

“Neftçi”nin müdafiəçisi Kristian Kostin Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a qarşı keçirilən oyunu (0:0) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, rumın futbolçu “Neftçi TV”yə açıqlamasında qazanılan bir xalı qənaətbəxş hesab etdiyini bildirib:

“Ağır oyun oldu. Meydança da ağır idi. Bununla belə, sona qədər mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik. Lakin yekunda 1 xal qazandıq. Əsas odur ki, qapımızdan qol buraxmadıq”.  

27 yaşlı futbolçu öz çıxışı haqda danışmaq istəməyib:

“Mən özüm haqqında heç vaxt fikir bildirmirəm. Bunun məsuliyyətini daşıyan insanlar var, onlar qiymət versə, fikir bildirsə, daha yaxşı olar”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30