8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

Kurban Berdiyev: “2 xal itirdik”

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma "Neftçi"nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladınız?

- Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. "Neftçi" də bu gün yaxşı oynadı.

- Ardıcıl 3-cü oyundur "Turan Tovuz" qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30