Ölkə futbolu
Emin Mahmudov: “Nəsə danışmağın mənası yoxdur, biabırçılıqdır”
“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 12-ci turunda “İmişli”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Nəsə danışmağın mənası yoxdur. Bərbad... Biabırçılıqdır...
- İki dəfə hesabda önə keçsəniz də, dərhal qapınızda qol görürdünüz. Bunu nə ilə əlaqələndirmək olar?
- Qol vurub autdan, yaxud künc zərbəsindən sonra qapımızda qol görürüksə, deməli, problem var. Çox yaxşı şanslarımız oldu. Boş qapıya qol vura bilmirik. Autdansa qol buraxırıq. Faciədir...
- Konkretləşdirsək, məğlubiyyətin səbəbini nədə görürsünüz?
- “İmişli”nin yaxşı oyun üslubu var. Müdafiədə otururlar, rəqibi əks hücumda yaxalamağa çalışırlar. Üstəlik, standart vəziyyətlərdən də yaxşı faydalanırlar. Biz isə çox bərbad oynadıq.
- Vurduğunuz qol baxımlı alındı. Bunun üzərində məşqlərdə xüsusi çalışmışdınız?
- Uduzmuşuqsa, qol barədə danışmağın xeyri yoxdur.
- “Neftçi”nin məşqçisi Mübariz Orucov komandanın uyğunlaşma baxımından problem yaşadığını deyir. Bu fikirlə razısınız?
- Hücumda pis oynamırıq. Epizodlar yaradırıq. Qollar vururuq. Lakin komanda şəklində müdafiədə çox zəif çıxış edirik.
- Turdan tura “Neftçi”nin avrokuboklar şansı azalır. Bu məqam sizi narahat edir?
- İndi şanslar barədə danışmaq çətindir. Azarkeşlərin gözlədiyi başqadır, bizim oynadığımız başqa... Biabırçılıqdır
- Növbəti turda “Neftçi”ni çətin Tovuz səfəri gözləyir...
- Çətin deyəndə, onsuz da evdə də uda bilmirik. Deyiləsi bir şey yoxdur. İstənilən halda həmin görüşdə də əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, onlar üçün nəticə qazanaq.
- Bu tur “Qarabağ” və “Zirə”dən başqa digər iddialıların hamısı xal itirmişdi. Komanda qələbə qazanmaqla turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıra bilərdi...
- Bəli, ola bilərdi, amma olmadı.
- Azarkeşlər mövsümdə ilk dəfə olaraq “İstefa” şüarı səsləndirdilər. Sizcə, indiki məqamda baş məşqçi dəyişikliyi “Neftçi”yə nə dərəcədə faydalı olar?
- Bu suala cavab verə bilmərəm. İstəyərəm davam edək, yaxşı nəticələr olsun. Lakin bilmirəm necə olacaq. “Neftçi” üçün xeyirlisi nədirsə, o olsun.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
23:56
"Neftçi" "Şəfa" ilə oyuna hazırdır FOTOLENT
-
23:34
Andrade “Polesye”də qol hesabını açdı
-
23:18
"Şamaxı" "Kəpəz"ə dərs keçdi VİDEO
-
22:47
Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”
-
22:22
"Qəbələ"nin qələbəsi VİDEO
-
22:05
"Qəbələ" və "Şamaxı"dan qələbə
-
21:33
Amil Ağacanov: “Yaradılan fürsətlərdən istifadə edə bilmirdik”
-
20:11
I Liqada ilk tura yekun vuruldu
-
19:49
“Kəpəz” - “Şamaxı”: Heyətlər müəyyənləşdi
-
18:20
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
-
17:36
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
-
17:14
Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar
-
16:48
"Qəbələ" - "İmişli" : Heyətlər açıqlandı
-
15:57
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
15:32
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti açıqlandı
-
15:00
İstanbul derbisi ona tapşırıldı
-
14:43
"Xankəndi"dən yeni transfer
-
14:25
Füzuli Məmmədov: “İlk oyununda qələbə psixoloji cəhətdən olduqca vacibdir”
-
13:51
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
-
13:09
İsveçrə millisinin üzvü "Torino"da
-
12:46
"Neftçi"dən ayrılan qapıçı Latviya klubunda
-
11:14
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
-
10:38
Əfran İsmayılovun israfçılığı...
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
Toral oynadı, "Bursaspor" qələbə qazandı
-
22:36
Muradın komandası Superkubokun qalibi oldu
-
21:55
Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi
-
20:08
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu
-
19:45
Boks üzrə Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start veriblər
-
19:19
“Şahdağ-Qusar” və "Karvan-Yevlax"dan qələbə, “Səbail” xal itirdi
-
19:00
Qadınlardan ibarət basketbol millimizin 6 üzvü ABŞ-də təhsil alacaq
-
18:32
"Zirə"dən növbəti transfer
-
17:27
U-21 millimizin oyunlarının tarixləri məlum oldu
-
17:06
Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
-
16:54
Kadi 3 oyunluq cəzalanıb
-
16:41
“Neftçi”nin sabiq müdafiəçisi "Olimpiakos"da
-
15:33
Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb
-
14:15
"Trabzonspor" tarixinin ən bahalı transferi
-
13:58
Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb
-
13:29
"Mançester Siti"ni "Benfika"ya dəyişdi
-
13:00
IV turun hakim təyinatları açıqlandı
-
12:42
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:17
Məşhur futbolçuların həkimi Elvini əməliyyat etməsindən yazdı
-
11:54
I Liqa klubu iranlı hücumçu transfer etdi
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:21
“Şahdağ-Qusar” U-21 millimizin üzvü ilə gücləndi
-
10:03
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
09:45
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı açıqlama
-
23:45
“Sumqayıt”ın Yay Futbol Düşərgəsində ikinci mərhələ başa çatıb FOTOLENT
-
23:28
Millət vəkilindən “Dinamo”ya dəstək FOTOLENT
04.09.2026
03.09.2026
02.09.2026
























