4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

Hayderson Hurtado: “Turan Tovuz” avrokuboklara vəsiqə qazanacaq”

“Turan Tovuz”un müdafiəçisi Hayderson Hurtadonun Futbolxeber.az saytına müsahibəsi

 

- “Araz-Naxçıvan”la görüşdən 1 xalla ayrıldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Bizim üçün çox çətin oyun oldu. Hesabda geri düşdük. Bundan sonra uzun müddət bərabərlik qolu vurmaq üçün çalışdıq. Yekunda xarakter nümayiş etdirdik və meydandan 1 xalla ayrıldıq.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Bir az daha həvəsli olmalıydıq. Matça yaxşı başlamadıq. Fasilədən sonra üstünlüyü ələ aldıq, təzyiqi artırdıq. Birinci hissədə də ikinci 45 dəqiqədəki kimi oynasaydıq, qələbə qazanardıq.

- Uzun müddət hesabda geri olduğunuzu nəzərə alsaq, 1 xalı “Turan Tovuz” üçün yaxşı nəticə saymaq olar?

- Məncə, biz bu oyunu udmalıydıq. Düzdür, “Araz-Naxçıvan” güclü rəqibdir və bu komanda ilə matçda 1 xal pis nəticə deyil. Lakin qalib gəlsəydik, daha yaxşı olardı.

- Ardıcıl ikinci görüşdə qələbə qazana bilmirsiniz. Bu nəticələr komandanı hədəflərindən uzaqlaşdırmır?

- Mövsümün sonuna hələ çox var. Sona qədər mübarizə aparacağıq. Bizim möhtəşəm azarkeşlərimiz var və onları sevindirmək istəyirik. Avrokuboklara vəsiqə qazanacağıq. Yayda Avropa kublarını Tovuza gətirəcəyik.

- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin matçda qələbə həsrətinə son qoymaq mümkün olacaq?

- “Neftçi” ilə öz evimizdə oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyik.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30