10 Sentyabr 2026, Cümə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”dən çağırış: “Hər bir uşağın xoşbəxt gələcəyi naminə həmrəy olaq!”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə “Neftçi” PFK tərəfindən sosial məsuliyyət təşəbbüsü həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”nin futbolçuları bu gün “Palms Sports Arena”da baş tutan “Kəpəz”lə oyunöncəsi isinmə hərəkətlərini bu münasibətlə xüsusi hazırlanmış köynəkdə yerinə yetiriblər.

Daha sonra uşaqlar komandaların üzvləri və hakimlərlə birlikdə meydana daxil olublar, “Hər bir uşağın xoşbəxt gələcəyi naminə həmrəy olaq!” pankartı nümayiş edilib. “Neftçi” futbolçuları uşaqlar tərəfindən nömrələri rənglənmiş xüsusi formalarla oynayıblar.

Qeyd edək ki, “Neftçi” tərəfindən qonaqlara xatirə hədiyyələri də təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30