26 Noyabr 2025, Çərşənbə
XIII turun hakim təyinatları
“Qarabağ” “Napoli”yə uduzdu
"Neftçi" "İmişli"yə məğlub oldu
“Qarabağ” Neapola yollanır

Ölkə futbolu

U-17 millimiz darmadağın oldu

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Fransanın Sen-Pol-le-Daks şəhərindəki "Park de Sport" stadionunda keçirilən görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.

Bu qrupun digər oyununda Rumıniya və Fransa milliləri heç-heçə ediblər - 1:1.

Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra Fransa və İsrail yığmaları 4 xalla qrupda şərikli liderdilər. Rumıniya 2 xalla üçüncüdür. Hər iki oyununu uduzan Aqil Nəbiyevin rəhbərlik etdiyi yığmamız isə qrup sonuncusudur və son turun nəticələrindən asılı olmayaraq növbəti mərhələ şansını itirib.

11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17) - 5:1

Qollar: Bar 39, 47, Qrimberg 83, Didi 90, (p), Zuares 90+4, Şərifov 45+1

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Sen-Pol-le-Daks, "Park de Sport" stadionu








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30