3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı

Ölkə futbolu

Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi

FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.

Futbolxeber.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.

Bu prosesin nəticəsi olaraq, FIFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FIFA-nın Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.

FIFA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.

Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.

Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30