4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Azərbaycan millisi Fransaya biabırçı hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası ilk turda Fransanın müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.

Görüş Azərbaycan millisinin biabırçı məğlubiyyəti ilə başa çatıb. Aqil Nəbiyevin komandası rəqibinə 0:8 hesabı ilə uduzub.

Qeyd edək ki, millimizin qrupdakı digər rəqibləri İsrail və Rumıniyadır. Yığmamız oktyabrın 11-də İsraillə, 14-də isə İsraillə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.

8 oktyabr

Fransa (U-17) - Azərbaycan (U-17) - 8:0

Qollar: Merrifield, 28, Dago, 30, Gadou, 38, Traore, 45+6-pen.; 64, Amaaouch, 57, 85, Batola, 84

Qırmızı vərəqə: Səttar Tahirzadə, 66 (Azərbaycan)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

“Bourret” stadionu, Kapbreton








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30