6 Iyun 2026, Şənbə
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu

Ölkə futbolu

Prezidentin nümayəndəsi: “Naxçıvanda stadionun yenidən qurulması nəzərdə tutulur”

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan” peşəkar futbol klubunun idmançı və məşqçi heyəti ilə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, F.Nəcəfli komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək:

“Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra “Araz-Naxçıvan”ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30