4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Premyer Liqada 700-cü, səfərdə 350-ci

Azərbaycan Premyer Liqasının 7-ci turu “Şamaxı” üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu yubiley matçında “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub edib.

“Şamaxı” bu 700 görüşdə 295 qələbə qazanıb, 197 heç-heçə edib və 218 dəfə uduzub. 869 qol vuran komanda 714 top buraxıb.

Bu, həm də 350-ci səfər sınağı olub. Rəqib meydanlarında 122-ci qələbəsini qazanan komanda 98 heç-heçə edib və 130 məğlubiyyət alıb. 402 qola sevinən şamaxılılar 434 top buraxıb.

Qeyd edək ki, ilk oyunu 1999/2000 mövsümünə təsadüf edən “Xəzər Universiteti” 1999-cu il oktyabrın 29-da evdə “Şəfa”ya uduzub – 0:1. İlk səfər isə noyabrın 13-də “Şəmkir”lə görüşə təsadüf edib – 0:6.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30