4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

"Kəpəz"in 7-ci uğursuzluğu

Azərbaycan Premyer Liqasının 7-ci turu “Kəpəz”in mövsümdə 7-ci məğlubiyyəti ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Gəncə klubu “Qarabağ”la səfər görüşündən xalsız ayrılıb - 0:1.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. “Kəpəz” belə halla ikinci dəfə üzləşən yeganə klubdur. Qərb təmsilçisi ötən mövsümdə də ilk 7 turu xalsız bitirib. Amma həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olan gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.

“Kəpəz”dən başqa Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01, “Şəfa” 2004/05 mövsümündə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran “Gənclik” klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30