19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Azər Həşimov: “Əvəzetmələrlə oyunu dəyişməyə çalışdıq, amma alınmadı”

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra Yevlax klubunun baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, ikinci hissədə komandası hücum cəhdləri etsə də, nəticə əldə edə bilməyib: “İkinci hissədə qol vurmaq üçün çalışdıq, qapı tirindən dönən topumuz oldu. Əvəzetmələrlə oyunu dəyişməyə çalışdıq, amma alınmadı. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm”.

O, qapıçı Kamran İbrahimovun çıxışını da dəyərləndirib: “Kamran bu gün yaxşı oynadı. Bir penaltidən qol buraxdı, digər qol isə topun “doqquzluğa” daxil olması ilə oldu. Həmin vəziyyətdə başqa qapıçı da olsaydı, həmin qolu buraxacaqdı”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31