16 Oktyabr 2025, Cümə axşamı
Vaqif Cavadov “Tvente”nin düşərgəsində
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu

Ölkə futbolu

İliç: "Qələbə seriyamız bitsə də..."

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Çox çətin oyun oldu. Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda işlər mənim istədiyim kimi getmədi.

- İlk iki turda qapısında qol görməyən "Sumqayıt" bu gün müdafiədə inamsız görünürdü. Bunun səbəbi nədir?

-  Bəzən olur ki, yaxşı müdafiə də qol buraxır. Bu gün də adi bir vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə problemlərimiz oldu. Bu da  uzun ötürmələrlə bağlı idi. Top ünvana çatmırdı.

- Milli fasilə işinizə yarayacaq?

- Əslində fasilənin yaranması bizim xeyrimizədir. Çünki "Qarabağ"la matçda oyunçular yorulmuşdu. Qələbə seriyamız bitsə də, bu fasilə bizə lazım idi.

- 3 turdan sonra 7 xal toplamaq necədir?

- "Qarabağ"ın da rəqiblər arasında olmasını nəzərə alsaq, yaxşı nəticədir. Bu, hələ çempionatın əvvəlidir. Ancaq növbəti oyunu fikirləşirik.

- Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı fikirləriniz necədir?

- Fikir bildirmək üçün vaxt lazımdır. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla da bunu sübut etdilər. Hər oyunun çətin olacağını düşünürəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31