Ölkə futbolu
"Müqavimət göstərməyə gücümüz var"
Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Neftçi” öz meydanında “Şamaxı” ilə bərabərə qalıb - 1:1. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiniz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiniz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub... Onun komandadan gedəcəyi də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, onun harasında dayanırsız?
- Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi.
- Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiniz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiniz?
- Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyətdən. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. "Şamaxı" müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyunda udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.
- Narazı qaldığınız məqam hansı idi?
- Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların oyunun içində qopdunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından... Sağ və sol vingerlərin sıradan çıxması... Məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.
- Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?
- Piriçə fikirləşirəm ki, oyundan sonra həmin vaxtı deyil ki, irad bildirəsən. Həftə, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir.
- Bir neçə gün əvvəl demişdişdiniz ki, hansı boşluqlar olduğunu desəm, menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?
- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım.
- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...
- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi... Xatırlayırsızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir.
- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?
- Allah qoysa, edəcək. Məqsəd qoymuşuq. Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, sıradan çıxır bəzi oyunçular. Xeyrini də görəcəyik.
- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısınız?
- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcəyik. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.
- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Gücünüz var?
- Əlbəttə, müqavimət göstərməyə gücümüz, yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək.
- İlk turda ikinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsınız?
- Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu probləmlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























