16 Avqust 2025, Şənbə
"Kəpəz"də struktur dəyişikliyi
"Qəbələ" qələbəni əldən verdi
Yeni mövsümün ilk qolu vuruldu
"Omoniya" layiqli qələbə qazandı"

Ölkə futbolu

“Karvan”ın ingiltərəli yarımmüdafiəçisi: “Biz də istərdik ki, Yevlaxda oynayaq”

“Karvan”ın yarımmüdafiəçisi Samuel Durrant Futbolxeber.az saytına müsahibə verib. İngiltərəli futbolçu əvvəlcə dünən Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Qəbələ”yə qarşı keçirilən oyundan (1:1) danışıb:

 

- Maraqlı qarşılaşma alındı. Hesabda geri düşsək də, təslim olmadıq. Sona qədər mübarizə apardıq və yekunda 1 xal qazandıq. Əslində, qalib də gələ bilərdik. Bunun üçün şanslarımız da var idi.

- Yeni komanda olaraq çıxışınızı necə dəyərləndirirsiniz?

- Bəli, ilk oyunumuz idi. Xoş haldır ki, debütdə 1 xal qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Komanda olaraq inkişaf etməliyik, potensialımızı artırmalıyıq.

- Bu, sizin Premyer Liqada ilk oyununuz idi. Debütünüzdən razı qaldınız?

- Nəyə qadir olduğumu bildirirəm. Özümə inanıram. Bilirəm ki, komandaya xeyir verəcəyəm. Ötürmə və keçidlərimlə faydalı olacağımı düşünürəm.

- Azərbaycana gələnə qədər futbolumuz haqda hansısa məlumatınız var idi?

- Az-çox məlumatım var idi. Lakin Azərbaycan futbolu haqda daha çox öyrənməliyəm. Yaxşı komandamız, yaxşı azarkeşlərimiz olduğunu bilirəm.

- “Karvan” bir müddət ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Bu məqam çıxışınıza nə dərəcədə təsir göstərəcək?

- Əlbəttə, istərdik ki, Yevlaxda oynayaq. Doğma divarlar arasında meydana çıxmaq daha yaxşıdır. Belədə azarkeş dəstəyinin müsbət enerjisini görürsən. Düzdür, Şamaxıda da bizi dəstəkləyən fanatlar var idi. Lakin burada o dəstəyi çox da hiss etmədik. İstənilən halda gələcək oyunlara köklənməliyik.

- Şamaxı stadionunun ot örtüyü sünidir. Bu məqam çıxışınıza mənfi təsir edəcək?

- Açığı, bizim üçün problem deyil. Meydançanın durumu yaxşı da ola bilər, pis də. Hər bir şəraitdə oynamağa öyrəşmişik.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31