16 Aprel 2026, Cümə axşamı
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Ölkə futbolu

“Qarabağ” ÇL-də bu mövsüm ən çox qol vuranlar arasındadır

Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran komandalarının siyahısı açıqlanıb.

Futbolxeber.az-ın qitə futbol qurumunun rəsmi istinadən verdiyi məlumata görə, turnirə II təsnifat mərhələsindən başlayan “Qarabağ” ilk “üçlük”də qərarlaşıb.

Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyunda vurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda” klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6 qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin “Malmö” komandası başçılıq edir.

Reytinqdə ilk “beşliy”i Azərbaycan çempionunun pley-off mərhələsindəki rəqibi “Ferensvaroş” tamamlayır. Macarıstan təmsilçisi 4 görüşdə 9 qolla yadda qalıb.

İlk “onluq”da, həmçinin Danimarkanın “Kopenhagen” (4 oyun, 8 qol), Qazaxıstanın “Kayrat” (6 oyun, 7 qol), Slovakiyanın “Slovan” və Şotlandiyanın “Reyncers” (hər ikisi 4 oyun, 7 qol) kollektivləri yer alır.

Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30