Ölkə futbolu
Tahir Gözel: "İnşallah, “Liverpul”u, PSJ-ni Bakıda görəcəyik”
“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- “Şkendiya” ilk matçda gözəl oynadı. Bizə çox çətinlik yaratdılar. Həmin görüşdə müdafiəmiz qələbə qazanmağımızda böyük rol oynadı. Cavab oyununda nisbətən rahat qələbə qazandıq. Yeni oyunçuların inamlı çıxışı məni sevindirdi. Azərbaycan futbolunun işıqlarından, gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni meydanda görmək mənə çox böyük xoşbəxtlik bəxş etdi. Açığı, gözləmirdik bu nəticəni. Hesabın belə olmasında vətəndə, doğma azarkeşlər önündə oynamağın rolu oldu. Azərbaycan qazandı. Çünki meydanda Azərbaycanın ruhu var idi.
- Demək olar ki, “Şkendiya” ilk qolu vurmaqla, loru dildə desək, arı yuvasına çöp soxdu?
- O qoldan sonra azarkeşlərin dəstəyi əla idi. Hesabda geri düşsək də, fanatlar oyunçuları ruhlandırdılar. Allaha şükür ki, gözəl oyunla gözəl qələbə qazandıq.
- Növbəti mərhələdə rəqib “Ferensvaroş”dur...
- “Ferensvaroş” özəl dəstək görür, həm dövlətdən, həm də sponsorlardan. Yaxşı büdcəsi var. Rəqib çox güclüdür. Lakin istənilən halda klubumuz öz stabilliyi ilə, yeni transferləri ilə əlindən gələni edəcək. Stabillik bizim üstünlüyümüzdür. Qazandıqlarımız, itirdiklərimiz biz təcrübə qazandırır. Bu, 2017-dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır. Çempionlar Liqasının Liqa mərhələsinə çox yaxınıq. Son zamanlar bu qədər yaxınlaşmamışdıq. Artıq pley-offdur. İnşallah, Bakıda “Liverpul”u, PSJ-ni qəbul edəcəyik. Azərbaycan futbolu üçün bir bayram olacaq.
- Hücumçu transferi ilə bağlı yenilik var?
- “Qarabağ”ın tarixindəki ən böyük büdcəni vermişik Qurban hocaya. Heç vaxt belə büdcəmiz olmayıb. Təbii ki, bu, özümüz üçün böyükdür. Qurban hocanın səbirli, təmkinli yanaşmasına hörmətlə yanaşırıq. Səhv etmək istəmir. Biz də onun ehtiyatlı davranışını dəstəkləyirik. Necə ki, nəhəng klublar seçimdə tələsmirlər, ehtiyatlı davranırlar.
- “Qarabağ” artıq elə bir səviyyəyə çatıb ki, istənilən futbolçu komandaya nəticə qazandıra bilər. Razısınız?
- Bəli, komandamızda bütün xətlər işləyir. Deyim ki, doğru insan gəlsə, “Qarabağ”a çox böyük fərq yaradar. Çatdırsaq, yeni hücumçu alınsa, nəhənglərlə də mübarizə apara bilərik.
- Andre Klovislə razılıq əldə edildiyi və 3 illik müqavilə imzalanacağı barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Məlumatım yoxdur. Qurban hocadan soruşum.
- Hikmət Cəbrayılzadənin çıxışından razı qaldınız?
. Əlbəttə. O, çox perspektivlidir, gələcəkdə daha yüksək səviyyədə oynaya bilər. İlk addımlarıdır. İstedadı var, əxlaqı, tərbiyəsi yerindədir. Hikmət Azərbaycanda 10-15 ildən bir doğulan istedaddır. İstedadını nə qədər açacağını isə özü və zaman bizə göstərəcək.
- Təxminən 1-2 il əvvəl demişdiniz ki, “Qarabağ” bundan sonra akademiyaya daha çox diqqət ayıracaq. Artıq bu, öz bəhrəsini verir?
- Açığı, rəhbər kimi akademiyaya ayırdığım diqqət məni qane etmir. Özüm özümdən narazıyam (gülür). Bəli, bu gün akademiyamızdan Hikmətlər çıxır. Amma bu, orada çalışan insanların əməyinin nəticəsidir. Aftandil Hacıyevdən çox razıyıq. Lakin klub rəhbəri kimi mən demək olar ki, akademiya üçün heç nə etməmişəm. İmkanımız yoxdur deyə, akademiya üçün yer tapa bilmirik. Açığı, o barədə bir qədər zəiflik nümayiş etdirdiyimizi düşünürəm.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























