19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

"Qarabağ" ÇL-in pley-offunda!

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edib. Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Qarabağ” tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi daha əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də ÇL-də “pley-off”da oynamışdı.

Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini təmin edib.

"Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.

UEFA Çempionlar Liqası

III mərhələ, cavab oyunu

12 avqust

“Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1

Qollar: Tamba, 10 (0:1), Keyk, 16-avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35-pen (4:1); Leandro Andrade, 59 (5:1)

Baş hakim: Denni Makkeli (Niderland)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31